SON XƏBƏRLƏR

Lənkəran şəhərində yaşayış binasının ətrafında qutu olmadığından tullantılar küçəyə atılır. Bu barədə bu gün, 12 noyabr tarixində sakinlər Cenublu.az-a müraciət ediblər.

Şəhərin Zərifə Əliyeva küçəsi ev 75/1 ünvanında müəllimlər binasının həyətində tullantılar üçün qutu yoxdur. Əhalinin çox olduğu ərazidə sakinlər tullantıları bu əraziyə toplayırlar.

“Məhəllədə pis qoxuya görə gəzmək olmur. Gecə olanda uşaqlar və xanımlar küçəyə çıxa bilmirlər, sahibsiz itlər buraya toplanırlar”- deyə bina sakini qeyd edib.