SON XƏBƏRLƏR

Lənkəran şəhəri Azad Mirzəyev küçəsində su bulanıq gəlir. Bu haqda məlumatı bu gün, 8 oktyabr tarixində Cenublu.az-a daxil olub.

Sakinlərin sözlərinə görə, əraziyə Xanbulan suyunun gəlməsinə baxmayaraq, onlar bu suyu istifadə edə bilmirlər. “Bir neçə aydır ki, bu problemlə qarşılaşmışıq. Suyu almaq məcburiyyətində qalırıq. Bu həm əziyyət, həm də əlavə xərc tələb edir”.

“Xanbulan suyunun keyfiyyəti çox aşağı düşüb. Əvvəllər tər-təmiz su gəlirdi, onu həm içirdik, həm də yeməklərdə istifadə edirdik. İndi isə filtr qoşmağımıza da baxmayaraq, suyu istifadə etmək mümkün deyil”.

Qeyd edək ki, oxşar problem daha öncə şəhərin Şəhidlər xiyabanı küçəsi, Raypo adlanan ərazidə olmuşdur.