Masallıda kommunal xidmətlərin səviyyəsinin yaxşılaşdırılması istiqamətində tədbirlər görülüb. Bu haqda bu gün, 10 dekabr tarixində Cenublu.az Masallı Xəbərlərinə istinadən xəbər verir.
İcra başçısı Araz Əhmədovun göstərişi ilə kommunal xidmətlər üçün yeni texnika və avtomobillər alınıb.
9 dekabr tarixində 50 iritutumlu konteyner, 2 ədəd «Mersedes» markalı avtomobil Masallı Mənzil Kommunal Təsərrüfat İstehsalat birliyinə (MKTİB) təqdim olunub.
Masallı MKTİB-nin rəisi M.Əliyev və kollektiv üzvləri göstərilən diqqətə, yaradılan şəraitə görə Masallı RİH başçısı Araz Əhmədovun təşəbbüsü ilə gerçəkləşən texnika və konteynerlərə görə minnətdarlıq ediblər.