SON XƏBƏRLƏR

Masallının 12 yaşayış məntəqəsində, 6743 abonentin işığının verilişində fasilə yaranacaq. Bu haqda məlumatı Cenublu.az bu gün, 16 yanvar tarixində verir.

Belə ki, elektrik yarımstansiyasında aparılan yenidənqurma işləri ilə əlaqədar rayonun Musakücə, Lürən, Göyəçöl, Sərçuvar, Sirəbil, Təzəkənd, Öncəqala, Birinci Yeddiyomaq, İkinci Yeddiyomaq, Qasımlı və Şıxlar kəndlərində 17 yanvar saat 10:00 radələrindən 14:00-a kimi işıq olmayacaq.