SON XƏBƏRLƏR

Masallıda yeni çəkilmiş qaz xəttinin istismara verilməsindən ötrü əksər kəndlərdə qaz verilməsi dayandırılacaq. Bu haqda bu gün, 16 dekabr tarixində Cenublu.az Lənkəran Regional Qaz İstismarı İdarəsinə istinadən xəbər verir.

Rayonun Boradigah qəsəbəsinə yeni qaz xətti çəkilib. Qəsəbənin qazla təmin olunması üçün əksər kəndlərdə qaz olmayacaq. Bədəlan, Babaser və Mollaoba kəndlərində ümumilikdə 3000 abonentin qaz təchizatının 16 dekabr saat 10:00-dan etibarən işlər yekunlaşana qədər dayandırılması planlaşdırılıb.

Sakinlərdən qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaqları və təhlükəsizlik tədbirlərinə riayət etmələri xahiş edilir.