Masallı rayonunun Əhmədli kəndində Vətən müharibəsinin qaziləri olan qardaşların evlərinə qaz xətləri çəkilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 30 dekabr tarixində verir.
Belə ki, rayon İcra Hakimiyyəti başçısının tapşırığı ilə Qaz İdarəsinin əməkdaşları tərəfindən qazi qardaşlar – Həmidov Həsən və Hüseyn Alim oğlanlarının yaşadığı mənzilə qaz xətti çəkilib.