SON XƏBƏRLƏR

Bu gün, 25 oktyabr tarixində Masallı və Cəlilabadda qazın verilişində fasilələr yaranacaq. Bu haqda məlumatı Cenublu.az Lənkəran Regional Qaz İstismarı İdarəsinə istinadən verir.

Belə ki, Masallı şəhəri Dadva küçəsində payız-qış tədbirlər planına əsasən, tənzimləyicinin quraşdırılması üçün Masallı şəhəri, Musaküçə, Öncəqala, Hüseynhacılı, Gəyəçöl, Xıl, Sərçuvar, Sirəbil, Təzəkənd kəndlərinin ümumilikdə 5800 abonentinin qaz təchizatının saat 10:00-dan işlər yekunlaşana qədər və həmçinin Cəlilabad XS-in ərazisində Cəlilabad şəhəri Azərbaycan, M.Hüseyn, H.Əliyev, Babək, Şəhriyar küçələrinə çəkilmiş yeraltı, orta təzyiqli, diametri 225 mm-lik qaz kəmərinin mövcud sistemə qoşulması ilə əlaqədar saat 09:00-dan işlər yekunlaşanadək 1250 abonentin qaz təchizatının dayandırılması planlaşdırılıb.

Vətəndaşlardan qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş olunur.