SON XƏBƏRLƏR

Masallı və Cəlilabad rayonlarında qazın verilişi bərpa olunacaq. Bu haqda məlumatı Cenublu.az bu gün, 17 dekabr tarixində Lənkəran Regional Qaz İstismarı İdarəsinə istinadən verir.

Belə ki, Cəlilabad rayonunda olan “Cəlilabad QPS”, “Göytəpə QPS” və Masallı rayon ərazisində olan “Alvadı” QPS- dən qidalanan qaz kəmərlərində yaranmış fasilə yaxın zamanda bərpa olunacaq.

Sakinlərdən qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş olunur.