Masallı rayonunun Təzəkənd kəndində qazın verilişi müvəqqəti olaraq dayandırılıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 12 noyabr tarixində verir.
Belə ki, kəndin girişində yerləşən tənzimləyicidə yaranan problem səbəbindən qazın verilişində problem yaranıb. Hal-hazırda hadisə yerində briqada çalışır.
Sakinlərdən qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaları xahiş olunur.