SON XƏBƏRLƏR

Masallı rayon Təzə Alvadı kəndinin sakinləri qazla bağlı problem yaşayırlar. Bu haqda məlumatı Cenublu.az bu gün, 22 oktyabr tarixində verir.

Belə ki, kəndin Qaragöl qəbiristanlığının arxa tərəfində yerləşən məhəlləsinin sakinləri qaz üzünə illlərdir ki, həsrət qalıblar.

“Bütün kəndimiz qazlaşıb. Bir tək bizim məhəlləyə çəkilməyib. Bu məhəllədə 50-60 ailə yaşayır. Bir neçə dəfə müraciət etsək də, məsələyə baxılmayıb”, – deyə sakinlər bildiriblər.