SON XƏBƏRLƏR

Masallı rayonunun bəzi ərazilərində qaz olmayacaq. Bu haqda məlumatı Cenublu.az bu gün, 24 oktyabr tarixində Masallı rayon İcra Hakimiyyətinə istinadən verir.

Belə ki, 25 oktyabr 2022-ci il tarixində saat 10:00-dan işlər yekunlaşanadək “Masallı” QPS-dən qidalanan Masallı şəhər, Musakücə, Öncəqala, Hüseynhacılı, Göyəçöl, Xıl, Sərçuvar, Sirəbil və Təzəkənd kəndləri olmaqla ümumilikdə 5781 abonentin qaz təchizatı SOL 80/50 RDQ tipli tənzimləyicinin quraşdırılması ilə əlaqədar dayandırılacaq.