SON XƏBƏRLƏR

Masallı rayon Mahmudavar kəndinin ərazisindən keçən qaz kəmərində gecə saatlarında yaranan sızma nəticəsində qaz təminatı dayandırılıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 17 dekabr tarixində Lənkəran Regional Qaz İstismarı İdarəsinə istinadən verir.

Baş vermiş qəza nəticəsində Mahmudavar və  Şatıroba kəndlərində ümumilikdə 3000 abonentin qaz verilişində fasilə yaranıb.

Qəzanın fəsadlarının səhər saatlarında aradan qaldırılacağı gözlənilir.

Sakinlərdən qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş olunur.