Bu gün qaz kəmərlərində aparılan təmir işləri ilə əlaqədar qaz təminatında fasilələr olacaq. Bu haqda bu gün, 23 may tarixində Cenublu.az Lənkəran Rayon Qaz İstismarı İdarəsinə istinadən xəbər verir.
Liman şəhərinin 28 May, S.Vurğun, M.Ə.Rəsulzadə, H.Aslanov, Nərimanabad, Balıqçılar və Üzümçülük kəndlərini qidalandıran qaz xətti təmir olunur. Ümumilikdə 1700-ə yaxın abonentin təbii qaz təchizatının 23 may 2023-cü il saat 10:00-dan işlər başa çatanadək dayandırılması planlaşdırılır.