SON XƏBƏRLƏR

Lənkəran rayonu Liman şəhərində işıqlar tez-tez sönür. Bu haqda məlumatı bu gün, 1 dekabr tarixində Cenublu.az verir.

Belə ki, Liman şəhər ərazisində işıqların tez-tez sönməsi sakinlərə bir sıra çətinliklər yaradır. Sakinlərin sözlərinə görə, işıq gündə ən azı 5-6 dəfə 2-40 dəqiqəlik intervallarla sönür. Bu hal onlara nəinki narahatçılıq yaradır, həmçinin də məişət avadanlıqlarına ziyan vurur.

“Ən çoxda işıqlar səhər saatlarında sönür. Uşaqları məktəbə fənər işığında yola salırıq”- deyə sakinlərdən biri qeyd edib.

“Müraciət etmişik. Dediklərinə görə, transformatorda problem var idi. Düzəltdiklərini dedilər, amma problem aradan qalxmadı. Demək ki, transformator çatdırmır” – digər sakin söyləyib.

Lənkəranda samovara olan tələbat artmaqdadır
Aktual

Lənkəranda samovara olan tələbat artmaqdadır

Lənkəranda ilbəil samovarlara olan tələbat artır. Bununla bağlı ARB Cenub bu gün, 1 oktyabr tarixində reportaj hazırlayıb. Gündəlik rasiyonda adi çaydan çox istifadə edilir. Lakin əksər hallarda çaydan istifadə edənlər