Lənkəran şəhərinin Mir Mustafa xan, Koroğlu, Zərifə Əliyeva və digər mərkəzi küçələrində işığın verilişində fasilə yaranıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 15 aprel tarixində verir.
“Azərişıq” ASC-dən verilən məlumata əsasən, 35 kV “Lənkəran-2” yarımstansiyasından qidalanan 10 kV hava xəttində iməcilik işləri aparılır.
İşığın verilişi işlər bitəndən sonra bərpa olunacaq.