Lənkəran şəhəri Sahil küçəsinin sakinlərini əraziyə atılan zibil narahat edir. Bununla bağlı onlar bu gün, 16 dekabr tarixində Cenublu.az-a müraciət ediblər.
Belə ki, sakinlərin sözlərinə görə, onlar əraziyə zibil qutularının qoyulması ilə bağlı dəfələrlə müraciət etsələr də, məsələ həllini tapmayıb.
“Nə qədər ki şəhərimizin küçələrinə zibil qutuları qoyulmayacaq, mənzərə bu cür olacaq. Gəlib keçən zibilləri bura atır, biz əziyyət çəkirik. Xahiş edirik, aidiyyəti qurumlar məsələni nəzarətə götürsünlər”, – deyə onlar bildiriblər.