Lənkəran Mədəniyyət Mərkəzinin arxasındakı işıq transformatorunda baş vermiş qəzaya görə ərazidə işıqlar sönüb. Bu haqda məlumatı Cenublu.az bu gün, 28 dekabr tarixində verir.
Baş vermiş qısaqapanmanın fəsadları hal-hazırda “Azərişıq”ın əməkdaşları tərəfindən aradan qaldırılır. İşıqların yaxın zamanda yanması gözlənilir.