Bu gün, 10 oktyabr tarixində Lənkəranın bəzi ərazilərində qaz olmayacaq. Bu haqda məlumatı Cenublu.az Lənkəran Regional Qaz İstismarı İdarəsinə istinadən verir.
Belə ki, “Lənkəran” qaz paylayıcı stansiyada diametri 100 mm-lik siyirtmədə yaranmış qaz sızmasının ləğv edilməsi məqsədilə “Lənkəran” QPS-dən qidalanan “Lənkəran 1 və 2” və “Lənkəran Sənaye” ölçü qovşaqlarında (ümumi abonent sayı 19.200) qaz təchizatı dayandırılacaq.
Abonentlərdən qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş olunur.