SON XƏBƏRLƏR

Lənkəran rayonunun Xarxatan kəndi ərazisində təhlükəli qaz qovşağı sakinləri narahat edir. Bununla bağlı onlar bu gün, 29 dekabr tarixində Cenublu.az-a müraciət ediblər.

Sakinlər bildirirlər ki, artıq xeyli müddətdir qovşaqda qaz sızıntısı var.

“Bu hal bizim üçün çox təhlükəlidir. Qovşaq hər an partlaya bilər. Ətrafda yaşayanlar, ərazidən keçənlər üçün fəlakətlə nəticələnə bilər”, – deyə sakinlər söyləyiblər.