Lənkəran rayonunun Zövlə kəndində ŞQTM500m3/s tipli qaz tənzimləyicisinin payız-qış tədbirləri əsasında quraşdırılmasından ötrü qazın verilişi dayandırılıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 1 iyun tarixində verir.
Belə ki, 450-yə yaxın abonenti əhatə edən kənddə qaz saat 10:20-dən işlər yekunlaşana qədər olmayacaq.