SON XƏBƏRLƏR

Lənkəran rayonunun bəzi ərazilərində səhər saat 05:00 radələrindən işığın verilişində fasilə yaranıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 11 yanvar tarixində verir.

“Azərişıq” ASC-dən saytımıza verilən məlumata görə, hava şəraiti ilə bağlı bir çox xətlərdə qəza baş verib.

“Hava şəraiti ilə əlaqədar 2 nömrəli yarımstansiya, 5 nömrəli hava xəttində qəza baş verib. Liman yarımstansiyasından qidalanan 3 nömrəli 10 minlik hava xətti qısaqapanma ilə əlaqədar açılıb. Hal-hazırda ərazilərdə briqadalar işləyir. İşlər yekunlaşdıqda ərazilərə hissə-hissə işığın verilişi təmin olunacaq”, – açıqlamada deyilir.