Lənkəran şəhəri “Raypo” adlanan ərazinin sakinləri bu gün, 18 aprel tarixində Cenublu.az-a müraciət ediblər.
Belə ki, onlar kanalizasiya sularının küçəyə axmasından narahatlıq bildirirlər. “Yaşayış olan ərazidə pis qoxudan durmaq olmur”, – deyə onlar öz müraciətlərində bildiriblər.