Lənkəranda bir saata yaxın yağan yağışlar nəticəsində Hənifə Abdullayev küçəsini su basıb. Bu haqda məlumatı Cenublu.az-a sakinlər bu gün, 19 oktyabr tarixində veriblər.
Belə ki, xəndəklərin vaxtında təmizlənməməsi, onların yağış yağdıqda dolub daşmasıyla nəticələnib.
“Yağıntı olduqda hər dəfə eyni mənzərə ilə qarşılaşırıq. Bu məsələ birdəfəlik çözülməlidir. Hələ asfaltdakı çökəklikləri demirəm. Onlar su ilə dolur, birdə havalar isinəndə quruyurlar” – deyə bir sakin söyləyib.