Lənkəran şəhəri Şah İsmayıl Xətai küçəsindəki xəndəklər təmizlənib. Bu haqda məlumat bu gün, 12 sentyabr tarixində Cenublu.az-a daxil olub.
Xəndəklər kol-kos və tullantılardan təmizləndikdən sonra, zibillər yol qırağına yığılıb. Təmizlik işləri Mənzil Kommunal İstismar İdarəsinin əməkdaşları tərəfindən aparılıb.
Qeyd edək ki, 11 oktyabr tarixində şəhərin Zərifə Əliyeva ilə Nizami küçəsinin kəsişməsindəki xəndəklərdədə təmizlik işləri aparılmışdır.
