Lənkəran şəhəri Vagif küçəsində su borusu partlayıb. Bu haqda məlumat bu gün, 19 oktyabr tarixində Cenublu.az-a daxil olub.
Sakinlərin sözlərinə görə, boruda 4 ildən çoxdur ki sızıntı var idi. Lakin bügün o partlayaraq yararsız hala düşüb.
“Bir neçə dəfə müraciət etmişik bu məsələ ilə bağlı, lakin müsbət cavab ala bilməmişik. Evimizə gələcək su indi küçələrə axacaq” – deyə bir sakin söyləyib.
“Partlayış hələ təzə baş verib, 1-2 günə küçəni tamamən su basacaq. Ümüd edirik ki, aidiyyatı qurumlar bizə kömək edəcəklər” – deyə digər sakin söyləyib.

