Lənkəran şəhəri Səttarxan küçəsində kanalizasiya kollektoru təmizlənmir. Bu haqda məlumatı Cenublu.az-a bu gün, 22 sentyabr sakinlər xəbər veriblər.
Onlardan birinin sözlərinə görə, kollektor vaxtı-vaxtında təmizlənmədikdən oradakı su daşır və bütün küçəni pis qoxu bürüyür. Həmçinin, kanalizasiya kollektoru sakinin hasarına yaxın olduqundan o, həyətində belə qoxudan otura bilmir.
Qeyd edək ki, Cenublu.az daha öncə Anar Mahmudov küçəsindəki kanalizasiya problemini işıqlandırmışdır.

