Lənkəranın daha bir küçəsində təmir-bərpa işləri aparılır. Bu haqda məlumat bu gün, 12 noyabr tarixində Cenublu.az-a daxil olub.
Şəhərin Miri Cavadzadə küçəsində işıq naqillərinin salınması üçün yol kənarları qazılır. 21-ci məhəllədə artıq işıq dirəklərinin quraşdırılması üçün elektrik ötürücü naqillər düzülüb.
İşıqlandırma işləri Lənkəran rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən aparılır.
Sakinlər Cenublu.az-a müraciətində bildiriblər ki, şəhərin “Su8”, “Raypo” adlanan ərazilərdə, həmçinin Səttərxan küçəsi, Ürgə və Göyşaban kəndlərində sakinlər işıq problemi ilə üzləşirlər.
Tez bir zamanda qeyd olunan problemlərin həll edilməsini arzu edirik!