SON XƏBƏRLƏR

Lənkəran şəhərinin iki küçəsinin sakinləri Cenublu.az-a bu gün, 13 noyabr tarixində müraciət ediblər. Onlar yaşadığı ünvanda qəzalı vəziyyətdə olan dirəyin görüntülərini bizə göndəriblər.

Belə ki, şəhərin Heydər Əliyev prospekti dalan 1 və Məhəmməd Əsədov küçəsi dalan 1 ünvanlarının sakinlərinin sözlərinə görə, küçədə yerləşən işıq dirəkləri aşmaq üzərədir.

“Bir neçə dəfə aidiyyatı üzrə müraciət etmişik. Lakin bizə vəsaitlərinin və lazımi materialların olmadığını söyləyiblər. Nə edəcəyimizi bilmirik” – deyə sakinlərdən biri deyib.

“Taxta parçasını özümüz ora dəstək üçün qoymuşuq. Lakin külək olsa, o aşacaq, bizim mülkümüzə ziyan vuracaq və telefon xəttlərimiz kəsiləcək” – deyə M.Əsədov küçəsinin sakini qeyd edib.

Foto Cenublu.az
Foto Cenublu.az
Foto Cenublu.az
Foto Cenublu.az