SON XƏBƏRLƏR

Lənkəran şəhəri Səttərxan və Hacı Zeynalabdin Tağıyev küçəsindəki xəndəklərlə bağlı problem var. Bu haqda məlumat bu gün, 19 oktyabr tarixində Cenublu.az-a daxil olub.

Sakinlərin sözlərinə görə, aidiyyatı qurumlar vaxtaşırı xəndəkləri təmizləyirlər. Lakin bu, onların problemini həll etmir.

“Tağıyev küçəsindəki yeraltı su keçidinin üçdə biri bağlı olduğundan yağış yağdıqda ora su ilə dolur və bizim həyətimizi su basır. Buda bizim təsərrüfatımıza ciddi ziyan vurur” – deyə bir sakin söyləyib.

“Bu ərazidən magistral su, qaz və telefon xəttləri keçir, yağış yağdıqda ətrafı su basıb və xəttlərə ciddi ziyan dəyir” – deyə digər sakin deyib.

“Xəndək sistemi yenidən qurulmalıdır. Hər il yağış mövsümündə bizə çətinliklər yaradır, yayda isə qoxudan oturmaq olmur”- daha bir sakin qeyd edib.