Lənkəran şəhəri Koroğlu küçəsi 53 ünvanında partlayan su borusu təmir edilib. Bu haqda məlumat Cenublu.az-a daxil olub.
Sakinlərin sözlərinə görə, boru 5 noyabr axşam radələrində təmir olunub.
“6 noyabr səhər saatlarında artıq axıntı yox idi. Problemin həll olunmasına çox şad olduq”- deyə sakinlərdən biri söyləyib.
Qeyd edək ki, 5 noyabr tarixində səhər saatlarında Cenublu.az bu problemi işıqlandırmışdır.