SON XƏBƏRLƏR

Lənkəran şəhərinin küçələrindəki xəndəklərdə təmizlənmə işləri davam edir. Bu haqda məlumat bu gün, 11 oktyabr tarixində Cenublu.az-a daxil olub.

Belə ki, şəhərin Azad Mirzəyev küçəsində xəndəklər kol-kos və tullantılardan təmizlənərək yol kənarına qoyulub.

Qeyd edək ki, təmizlənmə işləri Mənzil Kommunal İstismar idarəsi tərəfindən aparılıb.

Daha öncə, 7 oktyabr tarixində şəhərin Zərifə Əliyeva və Nizami küçələrində də eyni tədbirlər görülüb.