SON XƏBƏRLƏR

Lənkəran şəhəri Şəhidlər xiyabanı küçəsinin sakinləri Cenublu.az-a bu gün, 4 oktyabr tarixində müraciət ediblər.

Onların sözlərinə görə, artıq üç gündür ki, suları bulanıq gəlir. “Krandan gələn suyu biz həmdə yeməyə və içmək üçün istifadə edirik, amma üç gündür ki, məcbur qalıb su alırıq”- deyə bir sakin qeyd edib.

“Bizim yaşadığımız bina Raypo ərazisindədi, bura həmişə təmiz Xanbulan suyu gəlib, lakin son günlərdə su palçıqlıdır, nə ilə əlaqədar olduğunu da bilmirik” – digər sakin söyləyib.