SON XƏBƏRLƏR

Lənkəranın Ürgə kəndinin sakinləri susuz qalıblar. Bu haqda məlumatı kəndin sakini bu gün, 17 avqust tarixində Cenublu.az-a verib.

Onun sözlərinə görə, həyətlərində quyu olmasına baxmayaraq, oradan yayda demək olar ki, su çıxmır. Çıxan su da, kəndin dənizə yaxın yerləşdiyindən şor olur.

Həmçinin, sakin bir neçə dəfə aidiyyatı qurumlara müraciət etdiklərini bildirdi, lakin onlara “planda belə bir layihəmiz yoxdur” deyə cavab veriblər.

Qeyd edək ki, 14 avqust Cenublu.az Göyşaban kəndindəki eyni problemi işıqlandırmışdır.