SON XƏBƏRLƏR

Lənkəran rayonunun daha 10 kəndində internet yoxdur. Bu haqda məlumat bu gün, 19 oktyabr tarixində Cenublu.az-a daxil olub.

Belə ki, rayonun Kosalar, Boladi, Biləsər, Xanbulan, Şixəkəran, Bəliton, Türkəncil, Şivlik, Horavenc və Mamusta kəndlərində internet xəttləri ya ümumiyyətlə yoxdur yada ki, çox zəif tutur.

“Mən Mamusta kənd sakiniyəm. Bir neçə dəfə müraciət etmişik, lakin bize blokda yer olmadığını bildiriblər”.

“Boladi kəndinin bəzi hissəsində internet tutur, ancaq biz yaşayan ərazidə yoxdur. Onlayn təhsil zamanı çox əziyyət çəkirdik. Demək olar ki, məktəblilərin heç biri dərsə qoşula bilmirdi”.

“Bəliton, Şivlik, Horavenc kəndlərində də internet yoxdur. Bəliton kəndində isə heç mobil internetdə tutmur”.

“İnternetdən istifadə etmək üçün ayda 15-20 manat mobil internetə pulumuz çıxır. Bu az pul deyil. Hələ söhbət 1 nəfərdən gedir. Lakin internet çəkilsə aylıq pulumuzu ödəyib bu xidmətdən ailəlikcə yararlana bilərik. Aidiyyatı qurumlardan çox xahiş edirik bu məsələyə baxsınlar” – deyə sakinlər söyləyib.

Dünyaca məşhur aşpaz
Sizi maraqlandıran

Dünyaca məşhur aşpaz Masallıda hind quşu ləvəngisi bişirdi

Dünyaca məşhur “Wilderness cooking” Youtube kanalının sahibi, məşhur aşpaz Təvəkkül Aslanov Masallıda hind quşu ləvəngisi bişirib. Bu haqda məlumatı Cenublu.az bu gün, 22 mart tarixində verir. “Azərçay”ın dəstəyi ilə Novruz