Lənkəranın mərkəzi küçəsinin xəndəkləri təmizlənib. Bu haqda məlumat bu gün, 27 oktyabr tarixində Cenublu.az-a daxil olub.
Xəndəklər kol-kos və tullantılardan təmizləndikdən sonra, zibillər torbalara yığılıb və yol kənarına qoyulub. Təmizlik işləri Mənzil Kommunal İstismar İdarəsinin əməkdaşları tərəfindən aparılıb.
Qeyd edək ki, Cenublu.az iki gün öncə Zərifə Əliyeva küçəsində piyada yolunun zibillənməsi haqda yazmışdır. Daha sonra zibillər yığışdırılmışdır.