SON XƏBƏRLƏR

Artıq bir neçə gündür ki, Cenublu.az-a Zərifə Əliyeva küçəsinin işıqlarının sönməsi haqda məlumatlar daxil olur. Sakinlərin müraciəti əsasında biz bu faktı özümüz dəqiqləşdirmək qərarına qəldik.

Belə ki, 1 həftə ərzində apardığımız müşahidə nəticəsində, belə bir qənayətə qəldik ki, küçənin işıqları təqribi saat 18:00-19:00 radələrində söndürülür. Həftəsonu isə bir az gec – təqribi saat 22:00 radələrində.

Sakinlər öz müraciətlərində bu haldan narahat olduqlarını bildiriblər. “Bizə işıq axşam vaxtı lazımdır. Onuda 1-2 saat yandırırlar vəssalam. Axı bura mərkəzi küçədir. Nə avtomobillər hərəkət edə bilir, nə də ki piyadalar. Özüdə ən çox qəza elə bu küçədə baş verir” – deyə sakinlərdən biri söyləyib.

“Əvvəllər işıqlar 12-dən sonra sönürdü. O vaxt sönməsi belə bizi qane etmirdi. İndi isə yanmaqnan sönməsi bir olur. Küçə işıq üzü görmür. Nə bir yerə gedə bilirik, nədə ki, uşaqları həyətə buraxa bilirik. Səbəbi haqda iə heç bir məlumatımız yoxdur” – digər sakin deyib.

Masallı Rayon Gənclər və İdman İdarəsi
Aktual

Masallının icra başçısı qalib idmançılarla görüşüb

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Beynəlxalq yarışlarda qələbə qazanan idmançılardan Bəhruz Şakir oğlu Mirzəyev və Arif Arif oğlu Niftullayevlə görüşüb. Bu haqda məlumatı Cenublu.az bu gün, 1 oktyabr