SON XƏBƏRLƏR

Lənkəran şəhərinin mərkəzi küçəsinə zibillər atılır. Bu haqda məlumat bu gün, 20 oktyabr tarixində Cenublu.az-a daxil olub.

Belə ki, şəhərin Zərifə Əliyeva küçəsinə tullantılar atılır. Sakinlərin sözlərinə görə, ətrafda zibil qutuları olmadığından, sakinlər və mağaza işçiləri tullantıları bura atmağa məcbur qalırlar.

“Bura Xarici dillər təmayüllü gimnaziyanın qarşısıdır. Uşaqlar məktəbə zibillikdən keçib gedirlər. Zibil qutularının olmasını çox istərdik” – deyə bir valideyn söyləyib.

“Nə zibil qutularımız var, nə də ki, küçəyə atılan zibillər yığışdırılır. Bu cür mənzərə şəhərin bir çox küçələrində müşahidə olunur” – deyə sakin qeyd edib.

Qeyd edək ki, oxşar hadisə Həzi AslanovSəttərxan küçələrində də qeydə alınıb.