SON XƏBƏRLƏR

Lənkəran şəhərinin Molla Baba Axund küçəsinin sakinləri xəndəklərin təmizlənməməsini iddia edirlər. Bu haqda məlumat bu gün, 11 oktyabr tarixində daxil olub.

Sakinlərin sözlərinə görə, yağış yağdıqda xəndəklər dolur və bu səbəbdən küçələri su basır. “Qonşularla yığışıb xəndəkləri yarıya kimi təmizləmişik, onun zibillərini belə gəlib aparan yoxdur”- deyə bir sakin söyləyib.

“Hər dəfə yagıntı olanda bu problemlə üzləşirik, xəndəklər dolub daşır, küçədən keçmək mümkün olmur”- digər sakin deyir.

“Xəndəkləri yarıya kimi demək olar ki ozümüz təmizləmişik. Lakin küçə böyük, kömək edən isə azdır. Tək sakinlərin bacaracağı iş deyil bu” – daha bir sakin qeyd edib.

Qeyd edək ki, yağıntılı və küləkli havalar nəticəsində Lənkəranda xəndəklə bağlı problem tez-tez yaşanır.

Foto Cenublu.az
Foto Cenublu.az
Foto Cenublu.az
Foto Cenublu.az
Foto Cenublu.az
Foto Cenublu.az