Lənkəranın Sahil küçəsində zibil qutuları yoxdur. Bu haqda məlumatı ətrafda yaşayan sakinlər bu gün, 21 sentyabr Cenublu.az-a veriblər.
Sakinlərin sözlərinə görə, ətrafda zibil qutusunun olmaması səbəbindən, onlar məişət tullantılarını məcbur olaraq bu ərazidə toplayırlar. Tullantılar vaxtı-vaxtında yığışdırılmadığından ətrafa pis qoxu yayılır.