Lənkəran şəhəri Həzi Aslanov küçəsində məişət tullantıları yığışdırılmır. Bu haqda məlumat bu gün, 25 sentyabr tarixində Cenublu.az-a daxil olub.
Sakinlərin sözlərinə görə, ətrafda zibil qutuları olmadığından bütün ərazinin tullantıları buraya atılır. Zibil maşınları vaxtı-vaxtında gəlmədiyindən, yaranan pis qoxudan bu ərazidən keçmək olmur.
Qeyd edək ki, kəndlərdən şəhərə hərəkət edən bir çox avtobusların dayanacağı bu ərazidən keçir.



