SON XƏBƏRLƏR

Lənkəran şəhəri Səttərxan küçəsi zibilliklər içindədir. Bu haqda məlumat bu gün, 11 oktyabr tarixində Cenublu.az-a daxil olub.

Ətrafda zibil qutuları olmadığından, sakinlər məcbur qalıb tullantıları küçəyə qoyurlar. “Zibilərimizi bilmirik hara ataq, evimizin qabağına qoyuruq ki, gəlib apararalar, amma aparan yoxdur. Zibil qutuları qoysalar bu cür problem də olmaz” – sakinlər söyləyirlər.

“Küçə boyu hər yer zibildir. Hər kəs öz tullantısın qapısının qabağına qoyur. Zibil orada günlərlə qalır. Nəticədə ətrafa pis qoxu yayılır” – digər sakin söyləyir.

Qeyd edək ki, Cenublu.az daha öncə Səttərxan küçəsinin kanalizasiya problemini işıqlandırmışdır.