SON XƏBƏRLƏR

Lənkəran şəhəri Koroğlu küçəsi 53 ünvanında yerləşən həyət evində su borusu partlayıb. Bu haqda məlumat bu gün, 5 noyabr tarixində Cenublu.az-a daxil olub.

Sakinlərin sözlərinə görə, qeyd olunan ünvanda yerləşən evdə yaşayış yoxdur. “Aidiyyatı qurumlara müraciət etmişik, gəlib düzəldəcəklərini söylədilər. Lakin gecədən bəri Xanbulan suyu küçəyə axır. Bu həm israfçılıqdır, həm də qonşuların həyətləri su içindədir” – deyə sakinlərdən biri söyləyib.