SON XƏBƏRLƏR

Lənkəran şəhərində küçənin yarısı işıqlanır, yarısında isə yox. Bu haqda bu gün, 22 noyabr tarixində Cenublu.az xəbər verir.

Belə ki, şəhərin Əli Məmmədov küçəsinin bir yarısında işıq dirəkləri var, digər yarısında isə olmasına baxmayaraq yandırılmır. Küçənin “Gülüstan” şadlıq evinin yerləşdiyi hissəsində sakinlər qaranlıqda hərəkət etməkdə çətinlik çəkirlər.

Qeyd edək, ki ərazidə 10-15 yaşayış binası var.

Lənkəranda sahibsiz itlər üçün sığınacaq olmadığından, küçədə itlərin sayı çoxdur. İşıqsız küçələrdə sahibsiz itlərin olması sakinlər üçün əlavə çətinlik yaradır.