SON XƏBƏRLƏR

Lənkəran şəhəri Əli Məmmədov küçəsində zibillər küçəyə atılır. Bu haqda məlumat bu gün, 8 oktyabr tarixində Cenublu.az-a daxil olub.

Sakinlərin sözlərinə görə, artıq 1 həftədir ki, zibillər bu ərazidədir. “Kim buranı zibilləyir bilmirəm, lakin məhəllə camaatı öz tullantılarını buradan 400-500 metr aralıqda olan zibil qutularına atır” – deyə bir sakin söyləyib.

Digər sakin isə tullantıları ətrafda olan marketin işçilərinin atdığını qeyd edir. “Bir dəfə təmiz yığışdırılsa, daha heç kim buranı zibilləməz. Yoldan keçən buranı belə görüb, zibilini də elə bura atır, daha əziyyət çəkib zibil qutusuna kimi getmir”.

Qeyd edək ki, bu ərazi yaşayış binalarının arasında, 4 saylı poçtla üzbəüz və Uşaq-gənclər idman məktəbinin yanında yerləşir.