SON XƏBƏRLƏR

Lənkəran rayonu Separadi kənd sakinlərinin qazla bağlı problemləri var. Bu haqda məlumat bu gün, 9 oktyabr tarixində Cenublu.az-a daxil olub.

Sakinlərin sözlərinə görə, son günlər hava soyuyandan qazın təzyiqi aşağı düşüb. “Bu gündən isə qaz ümumiyyətlə gəlmir. Borcla bağlı heç bir problemimiz yoxdur”- deyə bir sakin söyləyib.

“Havalar soyuyan kimi qazın təzyiqi düşdü, bu gün isə qaz tamamilə kəsilib. Kənddə heç bir işimiz qazsız getmir” – digər sakin qeyd edib.

Qeyd edək ki, Cenublu.az daha öncə Digah kəndinin qaz problemini işıqlandırmışdır.