SON XƏBƏRLƏR

Lənkəran rayonu Tütəpeştə kəndinin sakinləri bu gün, 18 oktyabr tarixində Cenublu.az-a müraciət ediblər.

Sakinlərin bir qismi kəndin küçələrinin adlarının olmamasından narahatdılar. “Bizim kənd çoxlu sayda ziyalı və şəhid yetişdirib. Küçələr onların adlarına verilsə necə də gözəl olar. Həm biz çətinlik çəkmərik, həmdə onların adları əbədiləşər”- sakinlərdən biri söyləyib.

Həmçinin, sakinlər zibil qutularının olmamasından danışıblar. “Zibilləri məcburən qapımızın qabağına yığırıq. Əvvəllər öz hesabımıza zibil maşını qətizdirirdik. İndi o da işləmir. Zibillərimizi isə yığan yoxdur” – digər sakin qeyd edib.

“İki aydır ki, zibilləri yığışdıran yoxdur. Təsəvvürünüzə gətirə bilmərsiniz necə pis qoxu içində yaşayırıq” – daha bir sakin deyib.