Lənkəran rayonu Şiləvar kənd sakinləri qazın olmamasından narahatdılar. Bu haqda məlumat bu gün, 21 oktyabr tarixində Cenublu.az-a daxil olub.
Belə ki, sakinlərin sözlərinə görə, Təzə məhəllə adlanan əraziyə qaz xətti çəkilməyib. “Artıq 2 ildir ki, mən burada yaşayıram. Qazın olmaması çoxlu çətinliklər yaradır bizə, əsasən də soyuq aylarda. Evimizi qızdıra bilmirik. Ən yaxşı halda 1 otağı qızdırıb bütün ailəlikcə orada otururuq” – sakinlərdən biri söyləyib.
“Mənim 3 övladım var, öz hesabımıza qaz çəkməyə imkanımız yoxdur. Aidiyyatı qurumlar köməklik etsələr, bizdə əlimizdən gələni edərik”- digər sakin söyləyib.
Qeyd edək ki, Cenublu.az daha öncə Günəhir, Digah, Separadi kəndlərindəki qaz problemini işıqlandırmışdır.