SON XƏBƏRLƏR

Lənkəran şəhəri Səttərxan küçəsində işıqlandırma yoxdur. Bu haqda məlumat bu gün, 28 oktyabr tarixində Cenublu.az-a daxil olub.

“Övladım saat 7-yə işləmiş dərsdən çıxır. Küçədə işıqlandırma olmadığından uşaqlar qaranlıqda qorxa-qorxa evə gəlməyə məcbur qalırlar” – deyə bir valideyn söyləyib.

“Küçəmiz baxımsız vəziyyətdədir. İşıqlandırma yox, piyada yolu yox, maşın isə çoxdur. Uşaqlar dərsdən çıxanda qaranlıq maşın yolu ilə evə qayıdırlar. Bu hal onlar üçün çox təhlükəlidir”-  deyə sakin qeyd edib.