Lənkəran şəhəri Zərifə Əliyeva küçəsində yerləşən binaların birinində kanalizasiya tutulub və zirzəmi çirkab suları ilə dolub. Bu haqda məlumatı bu gün, 25 noyabr tarixində Cenublu.az verir.
Belə ki, Zərifə Əliyeva 78/23 sakinləri Cenublu.az-a müraciət edərək bildiriblər ki, artıq illərdir bu problem yaşanır. “Kanalizasiya bərbad vəziyyədədir. Pis qoxudan bloka daxil ola bilmirik. Üstəlik də buraya atılan tullantılar. Aşağı mərtəbələrin sakinləri evlərində belə otura bilmirlər” – deyə bina sakini söyləyib.
“Biz birinci mərtəbədə yaşayırıq. Nə yay, nə qış pəncərəmizi aça bilmirik. Problem öz həllini tapmasa, binanın bünövrəsi nəmişlikdən çökəcək”- digər sakin deyib.
Qeyd edək ki, Cenublu.az daha öncə Şəhidlər Xiyabanı 46/4 ünvanında yerləşən binanın oxşar problemini işıqlandırmışdır.