SON XƏBƏRLƏR

Lənkəranda müasir işıqlandırma sistemi qurulur. Bu haqda məlumatı bu gün, 19 oktyabr tarixində AZTV verib.

Vahid mərkəzdən idarə edilən yeni işıqlandırma sisteminin quraşdırılması üç mərhələdə həyata keçiriləcək. Birinci mərhələ 47 küçə və dalanı əhatə edir. İşlər 47 km uzunluğu olan yolda görüləcək. Bu yolun artıq 20 km hissəsində işlər aparılıb. İşlərin birinci mərhələsi ilin sonuna kimi başa çatdırılacaq. İkinci mərhələdə daha 22 küçədə işıqlandırma sistemi qurulacaq.

Lənkəran şəhər işıqlandırma idarəsinin rəisi Sehran Şərifov: “Bu ağıllı sistemdir, üstünlükləri ondan ibarətdir ki, bu işıqlar səhərə kimi küçələri işıqlandıracaq. Gecə saat 12-dən sonra iki dirəkdən biri yanacaq, ikisi isə avtomatik sönəcək. Bir dirək hava işıqlandıqca, tədricən sönəcək”.

Qeyd edək ki, LED lampalardan istifadə olunan işıqlandırma sistemi enerjiyə 60-70% qənaət edəcək.

Foto açıq mənbələr
Aktual

Masallı: bu gün Nayib Qasımovun şəhid olduğu gündür

Bu gün, 6 oktyabr tarixində Vətən müharibəsi qəhrəmanı, Azərbaycan Silahlı Qüvvələrinin çavuşu Nayib Qasımovun şəhidlik zirvəsinə ucaldığı gündür. Nayib Akif oğlu Qasımov 12 iyun 1997-ci ildə Masallı rayonunun Mahmudavar kəndində